AZ

“Barselona” bunu 20 il sonra bacardı

“Barselona” UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsinin 1-ci turunun “Nyukasl”la səfər oyununda 2:1 hesablı qələbəyə sevinib.

Arena.az xəbər verir ki, bu qələbə İspaniya çempionu üçün əlamətdar olub.

Belə ki, bu, “Barsa”nın UEFA Çempionlar Liqasının ilk turunda son 20 il ərizində səfərdə qazandığı ilk qələbə olaraq əlamətdardır.

Sonuncu dəfə “blauqrana” mötəbər yarışın ilk turunda səfər qələbəsini yarşın 2005/2006-cı illərdə mövsümündə Bremendə “Verder” üzərində qazanmışdı.

Xatırladaq ki, “Barselona” bu oyunda Markus Raşfordun dublu sayəsində qələbə qazanıb. Yeri gəlmişkən, Kataloniya nəhənginin cari mövsümün sonuna qədər müddətə “Mançester Yunayted”dən icarəyə götürdüyü hücumçu “Nyukasl” üzərində qazandıqları qələbəni şərh edib:

“Barsa” üçün oynamaq möhtəşəm təcrübədir. Həmişə bu klubun böyük pərəstişkarı olmuşam. Biz mümkün oldqca çox qalib gəlmək istəyirik”, deyə Raşford vurğulayıb.

error: Məzmun qorunur!
Seçilən
14
3
arena.az

10Mənbələr