AZ

AzMİU nun əsaslı təmir olunan Tibb Məntəqəsi istifadəyə verildi FOTOLAR

Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrin və əməkdaşların sağlamlığının qorunması məqsədilə 1 saylı Tələbə Poliklinikasının nəzdində fəaliyyət göstərən Tibb Məntəqəsi əsaslı təmir edilərək istifadəyə verilib.

"Unikal" xəbər verir ki, müasir standartlara uyğun yenidən qurulan Tibb Məntəqəsi universitet kollektivinin gündəlik tibbi ehtiyaclarını qarşılamaq üçün zəruri avadanlıqlarla təmin olunub. Burada ilkin tibbi yardımın göstərilməsi, təcili müdaxilə, profilaktik baxışlar, təzyiq və qan şəkərinin ölçülməsi, ürək fəaliyyətinin müayinəsi, vaksinasiya, bəzi laborator analizlərin götürülməsi və ambulator müalicə xidmətləri həyata keçiriləcək.

Tibb Məntəqəsi eyni zamanda tələbə və əməkdaşların mütəmadi sağlamlıq müayinələrinin aparılması, müxtəlif xəstəliklərin vaxtında aşkarlanması, həmçinin sanitar-epidemioloji qaydaların təbliği və maarifləndirici tədbirlərin həyata keçirilməsi baxımından mühüm rol oynayacaq.

Qeyd edək ki, tələbələrin təhsildə uğurları onların sağlam həyat tərzi ilə birbaşa bağlıdır. Bu məqsədlə yaradılan müasir şərait universitetdə gənclərin fiziki və psixoloji sağlamlığının qorunmasına, eləcə də əməkdaşların rahat və təhlükəsiz iş mühitinə xidmət edəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
5
unikal.az

6Mənbələr