AZ

Braziliya millisinin sabiq futbolçusu karyerasını bitirdi

“Bayer”in və Braziliya millisinin sabiq futbolçusu Renato Auqusto karyerasını bitirib.

Msport.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi bu barədə sosial media hesabında məlumat yayıb.

Son klubu 2021-ci ildən çıxış etdiyi “Fluminense” olan Auqusto həmçinin “Korintians”, “Beijing Quoan” və “Flamenqo”da da çıxış edib. O, Braziliya millisinin heyətində 33 oyun keçirib, 6 qol vurub.

Seçilən
24
2
msport.az

3Mənbələr