FIBA Avropa Kubokunda mübarizə aparacaq "Neftçi" basketbol komandası iki həftəlik təlim-məşq toplanışından sonra Rumıniyadan Bakıya qayıdıb.
Rekord.az xəbər verir ki, sentyabrın 4-də adıçəkilən ölkəyə yollanan "ağ-qaralar" hazırlıq çərçivəsində 6 yoxlama oyunu keçirib.
Komanda iki dəfə yerli "Korona Braşov"la, həmçinin "CSU Sibiu", "Tırqu Jiu", "Arqes Pitesti" və "Styaua" kollektivləri ilə üz-üzə gəlib.
"Neftçi" FIBA Avropa Kubokunun 1-ci qrupunda "Kalev/Kramo" (Estoniya), "Bursaspor" (Türkiyə) və "Trefl" (Polşa) klubları ilə mübarizə aparacaq.