AZ

Neftçi Rumıniyadan Vətənə qayıdıb

Apasport portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

FIBA Avropa Kubokunda mübarizə aparacaq "Neftçi" basketbol komandası iki həftəlik təlim-məşq toplanışından sonra Rumıniyadan Bakıya qayıdıb.

Apasport.az xəbər verir ki, sentyabrın 4-də adıçəkilən ölkəyə yollanan "ağ-qaralar" hazırlıq çərçivəsində 6 yoxlama oyunu keçirib.

Komanda iki dəfə yerli "Korona Braşov"la, həmçinin "CSU Sibiu", "Tırqu Jiu", "Arqes Pitesti" və "Styaua" kollektivləri ilə üz-üzə gəlib.

Qeyd edək ki, "Neftçi" FIBA Avropa Kubokunun I qrupunda "Kalev/Kramo" (Estoniya), "Bursaspor" (Türkiyə) və "Trefl" (Polşa) klubları ilə mübarizə aparacaq.

NTD-də iki yeni müqavilə

“Quba”dan növbəti transfer

"Lənkəran"da yeni legioner

Milli komandanın üzvü "Ordu"da

“Sabah” son matçda məğlub oldu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
4
apasport.az

5Mənbələr