AZ

Gürcüstan XİN: Avrointeqrasiya yolundan dönməmişik

ain.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Gürcüstan ATƏT qarşısındakı öhdəliklərinə sadiqdir, həmçinin avrointeqrasiya yolundan dönməyib və bu kursumuz dəyişməz olaraq qalır”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya deyib.

Onun sözlərinə görə, Gürcüstan hökuməti tərəfdaşları ilə ümumi maraq kəsb bütün məsələr üzrə əməkdaşlığa tam açıqdır.

L.Darsaliya, həmçinin bildirib ki, Gürcüstan hökuməti ənənəvi olaraq yerli seçkilərin azad, ədalətli və şəffaf şəraitdə, qabaqcıl təcrübəyə və beynəlxalq standartlara uyğun keçirilməsinə sadiqliyini təsdiqləyib.

Nazir müavini təəssüflə vurğulayıb ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ATƏT/DTİHB) yerli seçkilərin müşahidəsi ilə bağlı Gürcüstan hökumətinin dəvətini qəbul etməyib.

“Qanunvericiliyimizə uyğun olaraq beynəlxalq və yerli müşahidəçilərin akkreditasiya və qeydiyyat prosesi açıqdır”, - L.Darsaliya əlavə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
2
sherg.az

3Mənbələr