AZ

Məşhur UFC döyüşçüsünün oğlu həbs edildi

UFC əfsanəsi Kuinton "Rempeydj" Ceksonun oğlu həbs olunub.

İdman.biz MK.ru-ya istinadən məlumatına görə, Kuinton Ceksonun oğlu Raca Kaliforniyada keçirilən “Knokx Pro Wrestling” şousunda insidentə görə saxlanılıb.

O, peşəkar güləşçi Sayko Styuna yumruqlar vuraraq huşunu itirməsinə səbəb olub. O, şoudan əvvəl də Racanın başına pivə qutusu ilə vurub.

Üç peşəkar döyüş təcrübəsi olan Raca günahını etiraf edib. Onun üçün 50 min dollarlıq girov müəyyən edilib. Kuinton Cekson isə girovu ödəməyəcəyini bildirib: “Düşünürəm ki, o, bir müddət həbsxanada qalmalı və cəmiyyət üçün işləməlidir”.

İdman.biz

Məqalədə:
Seçilən
59
idman.biz

1Mənbələr