Avropa Komissiyası 19-cu sanksiya paketi çərçivəsində Rusiya xam neftinə tətbiq edilən qiymət tavanının azaldılmasını təklif edib.
Editor.az xəbər verir ki, bu barədə qurumun rəhbəri Ursula fon der Lyayen məlumat verib.
Onun sözlərinə görə, bu addım Moskvanın enerji ixracından əldə etdiyi gəlirləri məhdudlaşdırmaq və Ukraynaya qarşı müharibəni maliyyələşdirmək imkanlarını zəiflətmək məqsədi daşıyır.
Fon der Lyayen əlavə edib ki, qiymət tavanının azaldılması yeni sanksiyalar paketinin əsas istiqamətlərindən biri olacaq.
//Samir Qurbanov, Editor.az