AZ

Qazaxıstan ilk Atom Elektrik Stansiyası ilə bağlı AEBA ilə razılaşdı

BAKI, 19 sentyabr. TELEQRAF

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Qazaxıstanın ilk Atom Elektrik Stansiyasının (AES) tikintisinə yardım göstərmək öhdəliyini bir daha təsdiqləyib.

Teleqraf xəbər verir ki, görüş zamanı Qazaxıstan Atom Enerjisi Agentliyinin sədri Almasadam Satkaliyev və AEBA baş direktoru Rafael Qrossi planlaşdırılan AES-in tikintisi, nüvə infrastrukturunun inkişafı, nüvə texnologiyalarının sənaye, kənd təsərrüfatı və səhiyyədə istifadəsini müzakirə ediblər.

Qrossi Qazaxıstanın addımlarının ardıcıllığını və sistemli yanaşmasını yüksək qiymətləndirib və AEBA-nın proqramın bütün mərhələlərində - ərazinin seçilməsi və tikinti hazırlıqlarından tutmuş obyektlərin istismara verilməsinə qədər hərtərəfli dəstək verməyə hazır olduğunu bir daha təsdiq edib.

İclasın digər əsas istiqaməti uran ehtiyatlarından səmərəli istifadə və qlobal bazara stabil tədarükün təmin edilməsi olub. Hər iki tərəf nüvə sektorunda milli maraqlar və qlobal öhdəliklər arasında balansın qorunmasının vacibliyini vurğulayıblar.

Qazaxıstan nümayəndə heyəti AES-in tikintisi üçün beynəlxalq konsorsiumun yaradılması, yeni elmi-tədqiqat layihələrinin icrasına başlanılması, yüksək zənginləşdirilmiş yanacağın təhlükəsiz saxlanması obyektinin istifadəyə verilməsini diqqətə çatdırıb.

Tərəflər 2025-2027-ci illər üçün birgə əməkdaşlıq üçün yol xəritəsinin hazırlanması barədə razılığa gəliblər.

Seçilən
21
teleqraf.com

1Mənbələr