AZ

Aİ “dron divarı” yaratmaq üçün danışıqlara başlayır


Avropa İttifaqı (Aİ) şərq sərhədlərini Rusiyanın hücumlarından qorumaq üçün “dron divarı” yaratmaq üçün danışıqlara başlayır.
Yeniavaz.com
“Reuters” agentliyinə istinadla xəbər verir ki, Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak özünün “Telegram” kanalında gələn həftə Avropa İttifaqında “dron divarı” yaratmaq üçün danışıqlar aparılacağını bildirib.
Yermakın fikrincə, Avropada Rusiya ilə müasir müharibə aparan yeganə ölkə Ukrayna da bu layihəyə qoşulmalıdır.
Onun sözlərinə görə, İkinci Dünya Müharibəsindən və Soyuq Müharibədən sonra döyüş əməliyyatlarının aparılması prinsipləri dəyişib və son illərdə pilotsuz təyyarələr həlledici rol oynamağa başlayıb. Ona görə də, ordunu yenidən təşkil etmək və pilotsuz təyyarələr üçün süni intellektdən istifadə etmək lazımdır.
Avropanın müdafiə məsələləri üzrə komissarı Andrius Kubilius isə sentyabrın 18-də “Reuters” agentliyinə bildirib ki, bəzi Aİ dövlətləri dronlara qarşı müdafiə xətti yaratmaq ideyasını artıq müzakirə ediblər. Odur ki, pilotsuz təyyarələrin Polşaya daxil olmasından sonra Aİ bu konsepsiyanı mümkün qədər tez reallığa çevirmək istəyir.
Kubiliusun sözlərinə görə, layihə yaxınlaşan pilotsuz təyyarələri aşkar edib zərərsizləşdirəcək müxtəlif növ silahları birləşdirməlidir.
Seçilən
32
1
yeniavaz.com

2Mənbələr