AZ

Manatın məzənnəsi ilə bağlı vacib açıqlama: 2030 cu ilə kimi...

ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Manatın məzənnəsi 2030-cu ilə kimi sabit qalacaq.

Axar.az APA-ya istinadla xəbər verir ki, bu barədə “The Economist Group”un araşdırma və təhlil bölməsi olan “Economist Intelligence Unit” (EIU) 2024–2029-cu illər üçün manatın məzənnəsi ilə bağlı proqnozunda bildirib.

Proqnoza əsasən, Dollar/AZN məzənnəsi 2025-2029-cu illər ərzində 1,70 səviyyəsində sabit qalacaq, avro isə Azərbaycan manatı qarşısında nisbətən ucuzlaşacaq. EIU analitikləri hesab edirlər ki, Avro/AZN məzənnəsinin bu il 1,77 manat, gələn il 1,75 manat, 2027-ci ildə isə 1,73 manat səviyyəsinə enəcək. 2028-2029-cu illərdə isə eyni məzənnə ilə ticarət ediləcək.

Ümumilikdə EIU hesab edir ki, məzənnənin sabit saxlanılması Mərkəzi Bankın siyasəti ilə uzlaşır və yaxın illərdə manatın kursunda ciddi dəyişikliklər gözlənilmir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
58
17
axar.az

10Mənbələr