AZ

Yuri Xaçaturova rus dili ŞOKU

Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş baş katibi Yuri Xaçaturovun tərcüməçi problemi ortaya çıxıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Xaçaturov tərcüməçisinə inanmadığını bildirib.

Qeyd edək ki, Yuri Xaçaturov erməni olmasına rəğmən, öz dilini bilmir və buna görə məhkəmədə yalnız tərcüməçi vasitəsilə danışa bilir.

Xaçaturov tərcüməçini müstəntiq Muşeqyanla (o da hazırda həbsdədir) əməkdaşlıqda ittiham edib. Hakim Sarkis Petrosyan iştirak edənlərin hamısının rus dilini bildiyini söyləyib və bir kəlmə belə səhv tərcümə olunsa, hamının bunu görəcəyini və etiraz edəcəyini qeyd edib.

Erməni deputat Armen Gevorkyan isə bir çox məhkəmə iclasının keyfiyyətsiz tərcümə aparıldığı üçün pozulduğunu deyib.

Musavat.com

Seçilən
12
1
musavat.com

2Mənbələr