AZ

Finlandiya Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 13 dəfəyə yaxın artırıb

Bakı. Trend:

Cari ilin ilk 6 ayı ərzində Finlandiyadan Azərbaycana birbaşaxarici investisiyaların həcmi 21,406 milyon ABŞ dolları təşkiledib.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.

Məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 19,746milyon dollar və ya 12,9 dəfə çoxdur.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumihəcmində Finlandiyadan olan investisiyaların payı 0,7 faiz təşkiledib.

Azərbaycan isə öz növbəsində, cari ilin ilk 6 ayı ərzindəFinlandiya iqtisadiyyatına 10,934 milyon dollar sərmayə qoyub ki,bu ötən ilin eyni dövrü ilə müqayisədə 9,661 milyon dollar və ya8,6 dəfə çoxdur.

Birbaşa xarici investisiyaların ümumi həcmində Finlandiyayayatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 0,8% təşkiledib.

2024-cü ilin ilk yarımili ərzində Finlandiyadan Azərbaycanabirbaşa xarici investisiyaların ümumi həcmi 1,660 milyon dollar,Azərbaycandan isə bu ölkəyə yatırımların həcmi 1,273 milyon dollartəşkil etmişdi.

Qeyd edək ki, 2025-ci ilin ilk 6 ayında Azərbaycaniqtisadiyyatına birbaşa xarici investisiyalar 3,222 milyard ABŞdollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəkigöstəriciyə nisbətən 244,295 milyon ABŞ dolları və ya 8,2% artımdeməkdir.

Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə1,350 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 6ayındakı göstərici ilə müqayisədə 351,561 milyon ABŞ dolları və ya35,2% çoxdur.

Seçilən
88
2
az.trend.az

3Mənbələr