BAKI, 19 sentyabr. TELEQRAF
Özbəkistan səfirliyinin dəstəyi ilə Pakistanın nüfuzlu iş adamlarından ibarət nümayəndə heyətinin Özbəkistana işgüzar missiyası təşkil olunub.
Teleqraf xəbər verir ki, biznes missiyası Özbəkistan və Pakistan arasında ticari-iqtisadi əməkdaşlığın ardıcıl inkişaf etdirilməsi, ticarət həcminin artırılması və yeni birgə investisiya layihələrinin hazırlanması məqsədi ilə təşkil edilib .
Səfər çərçivəsində Özbəkistanın Ticarət-Sənaye Palatasının və “Uzcharmsanoat” Assosiasiyasının rəhbərliyinin, eləcə də vilayət hakimliklərinin məsul şəxslərinin iştirakı ilə görüşlər keçirilib. Danışıqlarda iki ölkənin işgüzar dairələri arasında birgə müəssisələrin yaradılması, istehsal proseslərinin müasirləşdirilməsi, məhsul növlərinin şaxələndirilməsi, milli brendlərin təşviqi, bazarların coğrafiyasının genişləndirilməsi məsələləri müzakirə olunub.
İkitərəfli razılaşmalar çərçivəsində Pakistan Özbəkistanda dəyəri 50 milyon dollardan çox olan layihələr həyata keçirəcək