AZ

Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Naxçıvan MR Sahibkarlığın İnkişafı Fondu və Bank Respublikanın birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında “Sahibkar çətiri” layihəsinə start verilib.

Muxtar respublikanın İqtisadiyyat Nazirliyinin məlumatına görə, layihənin ilk tədbiri Şərur rayonunda keçirilib.

Tədbir çərçivəsində sahibkarlarla görüşlər təşkil olunub, ehtiyaclarına uyğun dövlət maliyyə dəstəyi imkanları təqdim edilib. Həmçinin sahibkarlara güzəştli maliyyə vəsaitlərinin əldə olunması qaydaları və digər zəruri məsələlər barədə ətraflı məlumat verilib.

Layihənin əsas məqsədi rayonlarda fəaliyyət göstərən sahibkarların dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılması və onların maliyyə resurslarına çıxış imkanlarının artırılmasıdır.

Layihə sahibkarlar tərəfindən böyük maraqla qarşılanıb və növbəti mərhələdə muxtar respublikanın digər bölgələrində də davam etdirilərək daha geniş sahibkar kütləsinin əhatə olunması nəzərdə tutulur.

Seçilən
11
6
vergiler.az

7Mənbələr