AZ

Firad Əliyevə yeni vəzifə verildi — YENİLƏNİB

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Fuad oğlu Əliyev tutduğu vəzifədən azad olunub.

Demokrat.az 
"Oxu.az”a istinadən xəbər verir ki, o, Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi vəzifəsinə təyin olunub.
 
Qeyd edək ki, yeni Hərbi prokuror Bəhruz Əhmədovun rəhbərliyi ilə Hərbi Prokurorluqda hərtərəfli və intensiv islahatlar, o cümlədən kadr islahatları uğurla həyata keçirilir, nəzəri bilik və peşə hazırlığı, şəxsi keyfiyyətləri tələb edilən səviyyədə olan şəxslərin yüksək vəzifələrə təyinatı təmin edilir və bu prosesslər davamlı hal alıb.

***
14:38
 
Hərbi Prokurorluqda yeni kadr təyinatı olub. Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev vəzifəsindən azad olunub.

Demokrat.az
APA-ya istinadən xəbər verir ki,  hərbi prokuror Bəhruz Əhmədov bununla bağlı əmr imzalayıb.

Seçilən
35
14
demokrat.az

10Mənbələr