AZ

Alimlər riyaziyyat nəşrlərində saxtakarlıq əlamətlərini aşkarladılar

Son illərdə elmi nəşrlərdə saxtakarlıq və keyfiyyətsiz məqalələrin artması alimlər arasında ciddi narahatlıq doğurur. 2025‑ci ilin sentyabr ayında ScienceDaily portalında dərc olunan yeni bir araşdırmada bu məsələ xüsusilə riyaziyyat sahəsində diqqət mərkəzinə çəkilib.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, bəzi akademik jurnallarda dərc olunan məqalələrdə elmi dəyəri olmayan, “məna daşımayan” və ciddi nəzəri əsasa söykənməyən iddialar yer alır. Bəzi hallarda isə təqdim olunan nəticələrin tamamilə səhv və ya uydurma olduğu aşkarlanıb. Bu cür məqalələr əsasən keyfiyyət yox, kəmiyyət naminə yəni nə qədər çox nəşr edilirsə, bir o qədər çox reytinq və qrant əldə etmək məqsədilə yazılır.

Bu problemin kökündə isə akademik nəşriyyat sistemindəki kommersiya təzyiqləri və reyting mərkəzli yanaşma dayanır. Alimlər daha çox məqalə dərc etməyə çalışır, jurnallar isə daha çox məqalə ilə "impact factor" və oxucu cəlb etməyə çalışırlar. Bu proses isə elmi keyfiyyəti təhlükə altına salır.

Araşdırmanın məqsədi yalnız faktları üzə çıxarmaq yox, həm də bu vəziyyətin elmi ictimaiyyətin etibarına və elmi biliklərin keyfiyyətinə olan təsirlərini göstərməkdir. Eyni zamanda, elmi nəşrlərin ciddi şəkildə rəqəmsal yoxlama, peer-review prosesinin gücləndirilməsi və etik normaların tətbiqi ilə yenidən qurulmasına ehtiyac olduğu vurğulanır.

Seçilən
58
azedu.az

1Mənbələr