AZ

SOCAR və "Citibank" əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndiriblər

Bakı. Trend:

Sentyabrın 18-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)prezidenti Rövşən Nəcəf "Citibank"ın idarəedici direktoru, təmizenerjiyə keçid üzrə qlobal rəhbəri və Böyük Britaniyada təbiisərvətlər üzrə rəhbər xanım Kasi Şepörd ilə görüşüb.

Bu barədə Trend SOCAR-a istinadən xəbər verir.

Görüşdə SOCAR ilə "Citibank" arasında uzunmüddətli əməkdaşlıqdanməmnunluq ifadə olunub, əlaqələrin mövcud vəziyyəti, birgə həyatakeçirilən layihələr müzakirə olunub.

Tərəflər enerji və maliyyə sektorlarında əməkdaşlığıngenişləndirilməsi imkanlarını nəzərdən keçirib, bu xüsusda SOCAR-ınhəyata keçirdiyi neft-qaz və bərpa olunan enerji layihələrininmaliyyələşdirilməsi, kapital bazarlarına çıxış imkanlarına vəqarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsiaparıblar.

Məqalədə:
Seçilən
26
9
az.trend.az

10Mənbələr