AZ

Nazirlik son 4 ildə bu şirkətdən 158 milyon manatlıq noutbuk və kompüter alıb


Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Elm və Təhsil Nazirliyi tərəfindən kompüter və noutbukların alınması məqsədilə keçirilən tender müsabiqəsinin qalibi “Bestcomp Group” QSC (VÖEN - 1300141651) olub. Nazirlik 34 min 210 ədəd noutbuk və 13 min ədəd kompüter üçün qalib şirkətə 39 milyon 886 min 250 manat 26 qəpik vəsait ödəyəcək. 47 210
Açıqlanan məlumatlardan da göründüyü kimi bir ədəd noutbuk və kompüter üçün nazirlik orta hesabla 845 manat ödəyəcək.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi 2024-cü ilin oktyabr ayında da “Bestcomp Group” QSC-dən 39 milyon 772 min 336 manat 53 qəpik dəyərində 43 min 577 ədəd noutbuk və kompüter (bir ədəd noutbuk və kompüter orta hesabla 913 manat), 2023-cü ilin oktyabr ayında 38 milyon 729 min 3 manat 2 qəpik dəyərində 41 min 545 ədəd noutbuk və kompüter (bir ədəd noutbuk və kompüter orta hesabla 932 manat), 2022-cü ilin dekabr ayında isə 39 milyon 412 min 430 manat 70 qəpik dəyərində noutbuk və kompüterlər alıb.
Qeyd edək ki, “Bestcomp Group” QSC 10.08.2004-cüqa il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 8 milyon 962 min 330 manat olan şirkətin hüquqi ünvanı “Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr, ev 25E” olaraq göstərilir. Şirkətin qanuni təmsilçisi isə Həsənov Fərid Rafiq oğludur.

Elnur Əli
Seçilən
5
2
yeniavaz.com

3Mənbələr