AZ

Zelenski yaxın günlərdə Navrotski ilə ilk dəfə görüşə bilər

Ukrayna prezidenti Vladimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Polşa prezidenti Karol Navroçki ilə ilk görüşünü keçirə bilər.

Qaziler.az bildirir ki, bu barədə “RBC-Ukrayna” Polşanın prezident işləri üzrə naziri Marçin Pşidaçın bəyanatına istinadən məlumat yayıb.

Sentyabrın 21-dən 24-dək Navroçki ABŞ-a səfər edəcək və burada Baş Assambleyanın ümumi müzakirələrində iştirak edəcək. Polşa lideri çıxışında əsas diqqəti təhlükəsizlik məsələlərinə, beynəlxalq münasibətlərə, regional problemlərə yönəltməyi planlaşdırır.

Pşidaçın sözlərinə görə, sessiya çərçivəsində ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi planlaşdırılır.

QAZİLER.AZ

Seçilən
31
qaziler.az

1Mənbələr