AZ

Şəhid Vəliyulla Əliyev və Hüseyn Novruzzadənin məzarları ziyarət olunub

Ses qazeti saytına istinadən ain.az xəbər verir.

İkinci Fəxri xiyabanda 2023-cü ilin 19-20 sentyabr tarixində Lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş baş leytenant Əliyev Vəliyulla Elmanoviç və əsgər Novruzzadə Hüseyn Faiq oğlunun şəhadətlərinin ikinci ildönümündə məzarları ziyarət olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir İsmiyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Göydəniz Qəhrəmanov, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidin ailə üzvləri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri şəhidlərin məzarlarını ziyarət edib, önlərinə tər güllər düzüb, ruhlarına dualar oxuyublar.

Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Prezident cənab İlham Əliyevin Sərəncamlarına əsasən şəhid Əliyev Vəliyulla Elmanoviç sağlığında “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə, şəhadətindən sonra isə 3-cü dərəcəli “Rəşadət” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib. Şəhid Novruzzadə Hüseyn Faiq oğlu isə şəhadətindən sonra “Qarabağ” ordeni”, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
sesqazeti.az

1Mənbələr