AZ

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib...

"APA-Economics" xəbər verir ki, xəbərdarlığa əsasən, bu gün axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi sentyabrın 21-dək davam edəcək.

Məlumata əsasən, həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir.

Qeyd olunub ki, dalğanın hündürlüyünün 2.0-3.0 m, sonrakı inkişafda 3.0-5.0 m. çatacağı proqnozlaşdırılır.

Poliqon.info

Seçilən
11
40
poliqon.info

10Mənbələr