AZ

Marta Kos: Aİ ilə Azərbaycan arasında tərəfdaşlıq qarşılıqlı maraqlar əsasında qurulur

BAKI, 19 sentyabr. TELEQRAF

Avropa İttifaqının (Aİ) genişlənmə məsələləri üzrə komissarı Marta Kos Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə görüşü barədə sosial media hesabında paylaşım edib.

Teleqraf xəbər verir ki, paylaşımda deyilir:

"Aİ ilə Azərbaycan arasında tərəfdaşlıq hörmət, dialoq və qarşılıqlı maraqlar əsasında qurulur. Bu, xarici işlər naziri Ceyhun Bayramov ilə keçirilən görüşdə də təsdiqlənib. Biz görüş zamanı əlaqələri daha da genişləndirmək və möhkəmləndirmək niyyətimizi təsdiqlədik".

Seçilən
24
1
teleqraf.com

2Mənbələr