AZ

Tramp və Si Cinpin TikTok-un taleyini müzakirə edəcək

BAKI,TurkicWorld, Fərid Mikayılov

ABŞ Prezidenti Donald Tramp, cümə günü Çin Prezidenti Si Cinpinlə telefon danışığı apararaq TikTok-un ABŞ-da fəaliyyətini davam etdirməsinə imkan verəcək razılaşmanı yekunlaşdırmağı planlaşdırır.

TurkicWorld xəbər verir ki, Tramp, açıqlamada, “Bildiyiniz kimi, cümə günü Prezident Si ilə TikTok və ticarətlə bağlı danışacağam. Bütün bunlarla bağlı razılaşmalara çox yaxınız” deyə bildirib.

ABŞ lideri Çin ilə münasibətlərin “çox yaxşı” olduğunu vurğulasa da, Avropa ölkələrinin Pekinə qarşı daha yüksək gömrük rüsumları tətbiq etməsi halında Rusiyanın Ukraynadakı müharibəsini dayandıra biləcəyini iddia edib.

Görüş barədə ilk açıqlama ABŞ Maliyyə Naziri Skott Bessent tərəfindən bu həftə Madriddə keçirilən ABŞ–Çin ticarət görüşməsinin ardından verilib. Bessent, TikTok-un mülkiyyət məsələsində tərəflərin razılığa gəldiyini, lakin yekun qərarın Tramp və Si Cinpin arasında veriləcəyini bildirib.

Çinin Vaşinqtondakı səfirliyi isə görüşü təsdiqləməyib. Səfirliyin sözçüsü Liu Penyu, “Dövlət başçıları diplomatiyası Çin–ABŞ münasibətləri üçün strateji rəhbərlik baxımından əvəzolunmaz rol oynayır” deyə açıqlama verib.

Bu telefon danışığı yalnız TikTok məsələsi ilə məhdudlaşmaya, həm də iki ölkə arasındakı genişmiqyaslı ticarət ixtilaflarının həlli üçün əsas addım ola bilər. Bu, Trampın Ağ Evə dönüşündən sonra Si Cinpin ilə ikinci telefon danışığı olacaq.

Çin rəsmiləri bu həftə, TikTok-un alqoritmi də daxil olmaqla intellektual mülkiyyət hüquqlarının istifadəsi və ABŞ istifadəçi məlumatlarının təhlükəsizliyinin ortaq quruma həvalə olunması ilə bağlı razılıq əldə edildiyini açıqlayıblar.

Seçilən
25
turkic.world

1Mənbələr