AZ

Almaniyadan Azərbaycana birbaşa xarici investisiyaların həcmi açıqlanıb

Cari ilin ilk yarısında Almaniyadan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 17,029 milyon ABŞ dolları təşkil edib.

Finss.az Mərkəzi Bankın məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27,1 milyon dollar və ya 61,4% azalıb. Hesabat dövründə Almaniyanın payı Azərbaycanın ümumi birbaşa xarici investisiyalarının 0,5%-ni təşkil edib.

Öz növbəsində, Azərbaycan bu müddətdə Almaniyanın iqtisadiyyatına 14 milyon ABŞ dolları sərmayə qoyub, ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 602 min dollar və ya 4,1% azdır. Azərbaycanın Almaniyaya yatırdığı investisiyaların ümumi birbaşa xarici investisiyalardakı payı 1%-ə bərabərdir. Beləliklə, Almaniya Azərbaycan üçün ən çox sərmayə qoyduğu ölkələr arasında 11-ci yerdə qərarlaşıb.

2024-cü ilin ilk yarısında Almaniyadan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 44,2 milyon dollar, Azərbaycandan isə Almaniyaya sərmayələr 14,575 milyon dollar olub.

Ümumilikdə, 2025-ci ilin ilk 6 ayında Azərbaycana cəlb olunan birbaşa xarici investisiyaların həcmi 3,222 milyard ABŞ dollarını ötüb, ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 244,3 milyon dollar və ya 8,2% artım deməkdir. Eyni zamanda, Azərbaycanın xarici ölkələrə yönəltdiyi birbaşa investisiyaların həcmi 1,350 milyard dollar təşkil edib, ki, bu da 2024-cü ilin ilk yarısı ilə müqayisədə 35,2% artım deməkdir.

Fuad Mədətov
Finss.az

Seçilən
19
2
fins.az

3Mənbələr