Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Xocalı soyqırımı şahidinin danışılmamış hekayəsi ekranlaşdırılıb
"Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə həyata keçirdiyi "Eşidilməyən səslər” layihəsi çərçivəsində "İşığa doğru” adlı sənədli filmin çəkilişləri başa çatıb.
Film Xocalı soyqırımının canlı şahidlərindən biri, ermənilər tərəfindən girov götürülərək ailəsi ilə birgə amansız işgəncələrə məruz qalan azərbaycanlı qadın - Nərgiz Mahmudovanın həyat hekayəsi əsasında ekranlaşdırılıb.
İctimai Birlikdən bildirilib ki, layihənin əsas məqsədi müharibə qurbanı olmuş azərbaycanlı qadınların zorakılıq, məhrumiyyət və ləyaqətli həyat uğrunda mübarizə təcrübələrinə əsaslanaraq onların səsini dünyaya çatdırmaq, Ermənistanın Azərbaycana qarşı təcavüzünün qadınlara vurduğu dərin mənəvi və fiziki izlərini beynəlxalq ictimaiyyətə nümayiş etdirməkdir. Layihə çərçivəsində çəkilmiş film azərbaycanlı qadınların pozulmuş hüquqlarına, yaşadıqları travmalara və insanlığa qarşı törədilən cinayətlərə həsr olunub.
Film ingilis dilinə tərcümə olunaraq beynəlxalq auditoriyaya təqdim ediləcək.
Bundan əlavə, "Eşidilməyən səslər” layihəsi çərçivəsində Ermənistanın 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxladığı dövrdə azərbaycanlı qadınların üzləşdiyi hüquq pozuntuları, zorakılıq və psixoloji travmaların sosial və tibbi nəticələrini araşdıran geniş tədqiqat hesabatı hazırlanır.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.