AZ

Azərbaycan üç ölkədən 1,3 milyon dollarlıq “Aİ-98” markalı benzin alıb - SİYAHI

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 3 ölkədən (Rusiya, Bolqarıstan, Rumıniya) dəyəri 1,3 milyon ABŞ dolları olan 1043 ton mühərrik benzinləri, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 98 və ya daha çox oktan ədədi ilə (Aİ-98) benzin idxal edilib.

Kommersant.az bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 344 min ABŞ dolları və ya 21,2%, həcm baxımından isə 281 ton və ya 21,2% azdır.

2025-ci ilin ilk yeddi ayında Azərbaycanın “Aİ-98” markalı benzin aldığı ölkələr:

Ölkələr

Miqdar (ton)

Məbləğ (min ABŞ dolları)

Rusiya

240,11

294,37

Bolqarıstan

295,15

361,85

Rumıniya

508,26

623,13

Seçilən
17
1
kommersant.az

2Mənbələr