GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Dünya Alpagut Federasiyasının İdarə Heyəti, Federasiyanın idarə etmə sisteminin daha da təkmilləşdirilməsi məqsədilə növbədənkənar qurultay keçirmək qərarına gəlib. Bu qərar federasiyanın strateji inkişafını dəstəkləmək və Alpagut təsisatı çərçivəsində fəaliyyətlərin daha səmərəli həyata keçirilməsini təmin etmək üçün atılan mühüm bir addımdır.
Bu barədə Globalinfo.az-a DAF-dan məlumat verilib.
Növbəti qurultaya qədər Dünya Alpagut Federasiyasının Prezidenti vəzifələrini Emil Rəhimov icra edəcək.
Yeni İcra Komitəsi aşağıdakı şəxslərdən ibarətdir:
Emil Rəhimov – Prezident (növbəti qurultaya qədər prezident səlahiyyətlerini icraçısı)
Nuran Huseynov – Vitse-Prezident (İctimai Əlaqələr)
Tural Abasguliyev – Araşdırma və İnkişaf Vitse-Prezidenti
Qüdrət Nuriyev – Maliyyə Departamentinin Rəhbəri
Yunus Arabaçı – Texniki Direktor
Hasan Çağlar – PR və Marketinq Departamentinin Rəhbəri
Qabil Hüseynov – İdman Departamentinin Rəhbəri
Rafiq Qasımov – Hakimlər Komitəsinin Sədri
Betül Altıntaş – Nizam İntizam Komitəsinin Sədri
Mustafa Gasim Kazem – Nizam İntizam Şöbəsinin Müavini
Marina Belyaeva – Ayça Sistemi üzrə Koordinator
Marijus Tumas – Batur Sistemi üzrə Koordinator
Serdar Aksu – Caymaz Sistemi üzrə Koordinator
Amanjol Tuberov – Gurshag Sistemi üzrə Koordinator
Bülent Büyük – Kachut Sistemi üzrə Koordinator
Naim Belgin – Avropa Qitəsi üzrə Nümayəndə
Abdel Ghaffar Abdelbari – Afrika Qitəsi üzrə Rəsmi Nümayəndə
Aziz Jurabayev – Asiya Qitəsi üzrə Rəsmi Nümayəndə
Dr. Saad Maan – Ərəb Ölkələri üzrə Rəsmi Nümayəndə
Ammar Ali Husseyn – Ərəb Ölkələri üzrə Danışman
Qərarı Təsdiq etdi:
İdarə heyətinin üzvləri:
– Vasif Namazov
– Fərid Əlizadə
– Emil Rəhimov
– Tural Abasguliyev
– Rafiq Qasımov
– Qüdrət Nuriyev
– Qabil Hüseynov
Növbəti qurultayın vaxtı yaxın günlərdə elan ediləcəkdir.
Dünya Alpagut Federasiyası, Alpagutun beynəlxalq aləmdə tanıdılması və inkişaf etdirilməsi məqsədini güdür. Məqsəd, Alpagutun müasir dövrdəki yerini daha da möhkəmlətmək üçün əzmkar bir iş aparmağa hesablanıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.