BAKI, 19 sentyabr. TELEQRAF
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar ümumi təhsil, peşə təhsili, orta iхtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman birdəfəlik müavinət alacaqlar.
Teleqraf xəbər veri ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə təhsili, orta iхtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman müvafiq təhsil müəssisəsinin xərclər smetası hesabına 2600 (iki min altı yüz) manat məbləğində birdəfəlik müavinətlə təmin ediləcəklər.