AZ

“Braqa”dan “Qarabağ”a mesaj - “Sizin üçün darıxmışıq”

style='margin-bottom:10px;'>

Portuqaliyanın “Braqa” klubu rəsmi Tiktok səhifəsində “Qarabağ”la bağlı paylaşım edib.

QOL.az xəbər verir ki, paylaşım UEFA Çempionlar Liqasının “Benfika” - “Qarabağ” oyununa (2:3) həsr olunub.

“Benfika”lı futbolçunun matç bitəndə məyus halda çəkilən şəklini yayımlayan braqalılar onun üzərinə bu sözləri yazıb: “Qarabağ” Portuqaliyaya gələndə, amma Braqaya deyil”.

Həmçinin paylaşımda bu sözlər qeyd edilib: “Biz sizin üçün darıxmışıq”.

Xatırladaq ki, “Qarabağ” 2024-cü ildə Avroliqanın pley-off mərhələsində “Braqa” ilə qarşılaşıb. Səfərdəki oyunda Ağdam təmsilçisi 4:2 hesabı ilə qalib gəlib, Bakıda isə uduzub (2:3). İki oyunun cəmində 6:5 hesabı ilə qalib gələn “Kəhər atlar” növbəti mərhələyə yüksəlib.

Seçilən
29
1
teleqraf.com

2Mənbələr