AZ

“Instagram”da danışdığı qadını şəkli ilə şantaj etdi - HƏBS OLUNDU

Bakı Ağır Cinayətlər Məhkəməsində qadını şantaj edib pul almaqda təqsirləndirilən Toğrul İsayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yenisabah.az  Oxu.Az-a istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə T.İsayev 5 il azadlıqdan məhrum edilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək, cəzasının 2 ilini şərti hesab edib. Sezar pizza

İttihama görə, T.İsayev "Instagram" sosial şəbəkəsində boşanmış xanımla tanış olub və mütəmadi danışıblar. Arada yaranan səmimi münasibətdə o, daha sonra həmin xanımla şəkil çəkdirib. Bundan sonra isə o, həmin şəkli sosial şəbəkədə yayacağı ilə hədələyərək, qadını onunla sevgili olmağa məcbur edib. T.İsayev özünü həmin xanıma Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edərək ondan pul tələb etməyə başlayıb. Bu adla Toğrul sevgili olduğu qadından bir neçə dəfə pul tələb edib.

Prosesdən qadının qardaşı xəbər tutandan sonra hüquq-mühafizə orqanlarına müraciət edib.

Faktla bağlı cinayət işi başlanıb. İstintaq araşdırmaları zamanı T.İsayevin atası qadına dəymiş ziyanı ödəyib.


Telegram kanalımız
Seçilən
50
7
yenisabah.az

10Mənbələr