AZ

“Bu qələbənin əsas memarı Qurban Qurbanovdur” AÇIQLAMA

Olke.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Əvvala ölkəmizi və bütün futbol ictimaiyyətini bu möhtəşəm qələbə münasibətilə təbrik edirəm. Əslində rəqibimiz o qədər də zəif deyildi. Portuqaliya kimi ölkənin ən tanınmış klubu ilə səfərdə oynamaq olduqca çətin bir işdir. İlk dəqiqələrdə azarkeşlərin basqısı, start həyəcanı qapımızda ardıcıl iki qol görməyimizə səbəb oldu. Açığı bu nəticə ilə istənilən komanda normalda ruhdan düşməli və davam gətirə bilməməliydi. Lakin Qurban Qurbanovun yetirmələri özlərində gücü, əzmi tapdılar".

Bu sözləri Ölkə.az-a açıqlamasında “CBC Sport”un aparıcısı Rəvan Mahmudzadə ötən gecə Ağdamın “Qarabağ” klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsində Portuqaliyanın nəhəng klubu “Benfika” üzərində tarixi qələbə qazanmasını şərh edərkən deyib.

O qeyd edib ki, əvvəlcə Patrik Andrade ümid işığı olan qolu vurdu:

"İlk hissənin son dəqiqələrində komandamızın oyunu bizdə niyə də bu rəqibi məğlub etməyək sualını doğurdu. Düşüncələrimiz özünü doğrultdu. İkinci hissənin əvvəllərində Kamilo Duranın qolu artıq üstünlüyün tamamilə bizdə olduğuna işarə oldu. Və o son nöqtə. Portuqal azarkeşlərinin belə ağ bayraq qaldırmasına səbəb qol Aliksey Kaşukdan gəldi. Rəqibini 3-2 məğlub edən “Qarabağ” tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində qələbə qazandı.

Təbii ki, bu uğurun əsas memarı komandanın baş məşqçisi Qurban Qurbanova aiddir. Onun lider xüsusiyyəti, güclü psixologiyası komandasının məğlubiyyət fikrinin yaxınına belə buraxmamasına səbəbdir. Düşünürəm ki, bu qələbə sayəsində motivasiyamız artacaq və növbəti görüşdə "Kopenhagen"i də "Tofiq Bəhramov"da məğlubiyyətə uğradacağıq".

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
1
olke.az

2Mənbələr