AZ

Berlində BOMBA TƏHLÜKƏSİ: 10 min insan təxliyə edildi

Almaniyanın paytaxtı Berlində İkinci Dünya Müharibəsindən qalma bomba tapıldıqdan sonra 10 minə yaxın insan evlərindən təxliyə edilib.

Turkustan.az xəbər verir ki, Berlin polisi verdiyi açıqlamada, şəhərdəki Şpre çayında 3 metr dərinlikdə İkinci Dünya Müharibəsindən qalma bombanın tapıldığını bildirib.

Açıqlamada bölgədə yaşayan 10 minə yaxın insanın təhlükəsizlik səbəbi ilə evlərindən təxliyə edildiyi bildirilib.

Açıqlamada qeyd olunur ki, təxliyyə başa çatdıqdan sonra partlamamış bombanın heç bir təhlükə yaratmadığı və çaydan çıxarılaraq məhv ediləcəyi müəyyən edilib. Bomba yerinin ətrafında təxminən 500 metrlik ərazinin 12 saatlıq quru və çay trafikinə bağlandığı da bildirilib.

Bəyanatda qeyd olunub ki, təxliyə edilən vətəndaşlar öz evlərinə qayıda bilərlər.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
39
1
turkustan.az

2Mənbələr