AZ

Azərbaycana idxal edilən kərə yağının qiyməti 26% artıb

2025-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycana 124 milyon 127 min ABŞ dolları dəyərində 18 min 127 ton kərə yağı idxal edilib.

Dövlət Gömrük Komitəsinin məlumatına  görə, kərə yağı idxalı əvvəlki illə müqayisədə dəyər baxımından 20% və ya 20.8 milyon ABŞ dolları artıb, həcm baxımından isə 5.3% və ya 1026 ton azalıb. Belə ki, 2024-cü ilin müvafiq dövründə Azərbaycana 103 milyon 312 min ABŞ dolları dəyərində 19.2 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

    Qeyd edək ki, hesabat dövründə Azərbaycana idxal edilən kərə yağının 1 kiloqramının orta qiyməti illik müqayisədə 26% artaraq 11.60 manat təşkil edib.

    Dövlət Statistika Komitəsinin hesabatına əsasən isə cari ilin ilk 8 ayı ərzində ölkədə 17 min 886.4 ton kərə yağı istehsal edilib. Bu göstərici 2024-cü ilin ilk 8 ayı ilə müqayisədə 7.8% azdır. Beləliklə hesabat dövründə Azərbaycanda kərə yağı idxalı, istehsaldan 240 ton çox olub.

    Xatırladaq ki, hesabat dövründə Azərbaycanda idxal kərə yağının orta satış qiyməti 24.11 manat, yerli kərə yağının isə orta satış qiyməti 21.09 manat təşkil edib.

    Seçilən
    54
    3
    banco.az

    4Mənbələr