AZ

"Suverenliyi Günü” ilə bağlı Samuxda elmi-praktiki konfrans keçirilib

“20 Sentyabr Dövlət Suverenliyi Günü” ilə bağlı Samux Rayon İcra Hakimiyyətində elmi-praktiki konfrans keçirilib. 

 

Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, YAP-nın sədri Gündüz Bayramov, RİH-nin əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər. 

 

Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev çıxış edərək bildirib ki, bu əlamətdar günün təsis olunması Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən  hərbi və siyasi strategiyasının nəticəsi olaraq, Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması ilə bağlıdır. Belə ki, bu gün - sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin erməni sepratçılarından təmizlənməsindən bir il ötür.

2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanmışdır. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

 

Tədbirdə çıxış edən Samux rayon YAP-nın sədri Gündüz Bayromov, Samux rayon Mərkəzi Kitabxana Sisteminin müdiri Telli Nəsibova, əməkdar müəllim Səlminə Məmmədova şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüzün, suverenliyimizin xalqımızın milli sərvəti olduğunu bildiriblər. Həmçinin şəhid ailələrinə və qazilərə hər zaman göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər. Çıxışlarda ərazi bütövlüyünü tam bərpa edən suveren Azərbaycanın uğurlarının hələ irəlidə olduğu da diqqətə çatdırılıb.

Seçilən
21
modern.az

1Mənbələr