İsrail ordusu Livanın cənubundakı Nabatieh şəhərindəki üç qəsəbənin ardınca daha iki bölgəyə hava zərbələri endirib.
Sitat.info xəbər verir ki, Livan mətbuatının məlumatına görə, İsrail aviasiyası Tir şəhərinin əş-Şihabiyə və Bint əl-Cubeyl şəhərindəki Bürc əl-Qələviyyə qəsəbələrində iki binaya zərbələr endirib. Xəbərdə İsrailin endirdiyi zərbələr nəticəsində ölənlərin olmadığı bildirilib.
İsrail döyüş təyyarələri dünən gecə Livanın cənubundakı Nəbatiyə şəhərinin 3 qəsəbəsinə hava hücumu təşkil edib.
Ötən gecə İsrailin pilotsuz uçuş aparatının Livanın şərqindəki Baalbek şəhərində bir avtomobili hədəf alması nəticəsində iki livanlı həlak olub.
Sitat.info