AZ

İrandan 16 kq narkotikanı Azərbaycana keçirmək istəyən şəxs yaxalanıb


İrandan 16 kq narkotikin ölkəyə keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir ki, Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən naməlum şəxsin şübhəli hərəkətləri müşahidə edilib. Sərhəd zastavası dərhal "Silaha" komandası üzrə qaldırılaraq xidməti ərazi qapadılmış və sərhəd axtarışı həyata keçirilib.
Keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı – 1989-cu il təvəllüdlü Allahverdiyev Hüseyn Rafiq oğlu saxlanılıb. Ona məxsus bağlamaya baxış zamanı ümumi çəkisi 16 kiloqram 650 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Mətləb

Seçilən
41
18
baki-xeber.com

10Mənbələr