AZ

Erlinq Holann Çempionlar Liqasında 50 qol vuran ikinci ən gənc futbolçu olub

Erlinq

İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Erlinq Holann UEFA Çempionlar Liqasında 50 qol vuran ikinci ən gənc futbolçu (25 yaş 59 gün) olub.

Norveçli forvard bu uğura turnirin Liqa mərhələsinin ilk turunda evdə İtaliyanın “Napoli” komandasına 2:0 hesabı ilə qalib gəldikləri görüşdə fərqlənməklə imza atıb. O, 56-cı dəqiqədə komandasının ilk qolunun müəllifi olub. Digər qolu isə 65-ci dəqiqədə Jeremi Doku vurub

Qeyd edək ki, Erlinq Holann bu göstəricidə yalnız Argentina millisinin və ABŞ-ın “İnter Mayami” klubunun hücumçusu Lionel Messidən (24 yaş 284 gün) geri qalır.

Seçilən
13
3
xalqcebhesi.az

5Mənbələr