AZ

Tramp bu gün Si Cinpinlə danışacaq


ABŞ Prezidenti Donald Tramp bu gün, sentyabrın 19-da Çin Prezidenti Si Cinpinlə telefon danışığı apararaq “TikTok”u və tarifləri müzakirə edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, Tramp və Si Cinpin arasındakı telefon danışığı “TikTok”un taleyini müəyyən edəcək və dünyanın iki ən böyük iqtisadiyyatı arasında potensial ticarət gərginliyini azaldacaq.
Belə ki, tərəflər “TikTok”un ABŞ-dəki əməliyyatlarına nəzarətin çinli “ByteDance” şirkətindən Amerika investorları konsorsiumuna verilməsi üçün bu həftə açıqlanan çərçivə sazişini müzakirə edəcəklər.
“Bloomberg”in məlumatına görə, liderlərin söhbəti iyun ayından bəri ilk olacaq, çünki hər iki ölkə ticarət məhdudiyyətləri ilə bağlı qarşıdurma içərisindədir.
Seçilən
9
1
yeniavaz.com

2Mənbələr