AZ

DTX Akademiyasının rəisi: Azərbaycan Konstitusiyasına dəyişikliklərin edilməsi zəruridir

Azərbaycanın dövlət suverenliyinin bərpasından sonra konstitusiyanın yenidən təkmilləşdirilməsi istiqamətində zərurətlər meydana çıxıb.

Herbiand.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov sentyabrın 19-da parlamentdə "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilən Dövlət Suverenliyi Günü ilə bağlı konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Milli Məclis bununla bağlı ilkin addımları atıb.

E.Nəsirov daha sonra Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında edilən dəyişiklərə toxunub.

"Naxçıvan MR Konstitusiyasında dəyişikliklər edilibsə, Azərbaycan Konstitusiyasına da dəyişikliklərin edilməsi zəruridir".[APA]

Seçilən
64
8
herbiand.az

9Mənbələr