AZ

Şeyxin qızının klinikası borca düşdü

“Zəhra Clinic” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət qarşısında vergi borcunun olduğu üzə çıxıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestrindən məlumat əldə edib.

Məlumata görə, “Zəhra Clinic” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 3727.77 manat yığılmış vergi borcu mövcuddur.

Qeyd edək ki, klinika Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qızı Vəfa Paşazadə tərəfindən yaradılıb. Belə ki, “Zəhra Clinic” MMC 2017-ci ildə 100 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb və həmin vaxt qanuni təmsilçisi Vəfa Paşazadə olub. Sonradan isə - 2023-cü ildə o, MMC-nin qanuni təmsilçiliyindən çıxıb və bu vəzifəyə Fərid Hüseyn Fikrət oğlu gətirilib.

Buna baxmayaraq, ümumi cərrah, klinik psixoloq, sağlam qidalanma üzrə mütəxəssis Vəfa Paşazadə klinikaya rəhbərliyi davam etdirib, o, hazırda özəl tibb müəssisəsinin direktoru - baş həkimi vəzifəsindədir.

Məlumat üçün onu da bildirək ki, 2023-cü ildən klinikanın nizamnamə kapitalı da 200 min manat artırılıb. 

Şeyxin

 

Seçilən
36
2
hurriyyet.az

3Mənbələr