AZ

Macarıstan ABŞ-dan nümunə götürərək Antifa-nı terror təşkilatı elan etmək istəyir

Macarıstanın baş naziri Viktor Orban Antifa hərəkatının terror təşkilatı kimi tanınması təşəbbüsü ilə çıxış etmək niyyətindədir...

 

Poliqon xəbər verir ki, hökumət başçısı planlarını Kossuth Radiosunda açıqlayıb.

Orban ABŞ hökumətinin Antifa-nı terror təşkilatı kimi tanımasından məmnun olduğunu qeyd edib:

"Mən burada, Macarıstanda da eyni təşəbbüslə çıxış edirəm. Antifa həqiqətən də terror təşkilatıdır. Ona görə də hesab edirəm ki, Macarıstanın Amerika modelinə uyğun olaraq Antifa kimi təşkilatları terror təşkilatları kimi təsnif etməyin vaxtı çatıb", deyə baş nazir bildirib.

Sentyabrın 18-də ABŞ prezidenti Donald Tramp özünün TruthSocial sosial şəbəkəsindəki səhifəsində Antifa hərəkatını terror təşkilatı elan etdiyini açıqlayıb. Amerika lideri bunu "xəstə, təhlükəli, solçu bəla" adlandırıb. O, həmçinin qeyd edib ki, müvafiq qurumları Antifa-nı maliyyələşdirən şəxslərlə bağlı hərtərəfli araşdırma aparmağa ciddi şəkildə çağırır.

Poliqon.info

Seçilən
34
poliqon.info

1Mənbələr