AZ

ÇL: "Qarabağ"ın rəqibləri ilk turda nə ilə yadda qaldı?

UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk tura yekun vurulub.

Operativ Media xəbər verir ki, "Qarabağ" səfərdə "Benfika"ya 3-2 hesabı ilə qalib gəlib. "Qarabağ"ın rəqiblərindən olan "Atletik Bilbao" doğma meydanda "Arsenal"la qarşılaşıb. Matç London təmsilçisinin 2-0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Ayaks" isə "İnter"ə 0-2 hesabı ilə məğlub olub. Azərbaycan təmsilçisinin digər rəqiblərinin ilk turdakı nəticəsi aşağıdakı kimidir:

"Bavariya" 3-1 "Çelsi"

"Liverpul" 3-2 "Atletiko Madrid" 

"Kopenhagen" 2-2 "Bayer"

"Ayntraxt Frankfurt" 5-1 "Qalatasaray"

"Mançester Siti" 2-0 "Napoli" 

Qeyd edək ki, "Qarabağ" 2-ci turda Bakıda Danimarkanın "Kopenhagen" klubu ilə qarşılaşacaq. Matç oktyabrın 1-də baş tutacaq.

Seçilən
70
operativmedia.az

1Mənbələr