“İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev QHT.az-a açıqlamasında bildirib ki, Azərbaycanın Konstitusiyasında dövlət suverenliyinin qorunması ilə bağlı mühüm maddələr mövcuddur:
“Konstitusiyanın doqquzuncu maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələri dövlət suverenliyinin, ərazi bütövlüyünün və konstitusiya quruluşunun qorunmasını təmin edir. Bu göstərir ki, suverenliyimiz yalnız hüquqi deyil, həm də hərbi və siyasi baxımdan qorunur. Yəni dövlətimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi hüquqi və hərbi əsaslarla təmin olunmuşdur”, – deyə R. Əliyev vurğulayıb.
QHT sədri qeyd edib ki, bu maddə dövlət suverenliyinin qorunmasında Silahlı Qüvvələrin rolunu əsas mənbə kimi müəyyən edir və onların fəaliyyəti həm hüquqi, həm hərbi, həm də siyasi baxımdan Azərbaycanın müstəqilliyini gücləndirir.
Pərvanə Fərhadqızı