AZ

İran bu dəfə “Qətər Azərbaycandan vurulub” iddiasın ortaya atıb

İran hər vəchlə Azərbaycanı ittiham etmək üçün bəhanələr axtarır.

Tribunainfo.az xəbər verir ki, 12 günlük İsraillə müharibədən sonra bu həvəs daha da artıb.

Məlum olduğu kimi, bu günlərdə İsrail Qətərdə yerləşən HƏMAS-a məxsus qərargahı bombalayıb. Bu zaman hərbi aviasiyadan istifadə edib. SEPAH-a bağlı “Sepahan Pasdaran” Teleqaram kanalı misirli jurnalist İmadəddin Ədibə istinad edərək, yenə Azərbaycana qarşı kin qusub. Belə ki, kanal iddia ediob ki, guya, Qətərdə HƏMAS liderlərini vuran İsrail qırıcıları Azərbaycan ərazisindən havaya qalxıb.

Kanal iddia edib ki, guya, İsrail təyyarələri hava hücumundan müdafiə sistemləri tərəfindən hədəf alınmadan Suriya və İraq hava məkanından keçib və təxminən 1800 kilometrlik gediş-gəliş uçuşu üçün beş yanacaq dolduran təyyarə ilə müşayiət olunub. “Ədib əlavə edib ki, İsrailin İrana qarşı əvvəlki hərəkətləri, eləcə də HƏMAS Siyasi Bürosunun keçmiş lideri İsmayıl Haniyəyə qarşı sui-qəsd də Azərbaycan və İsrail arasında geniş kəşfiyyat əməkdaşlığı çərçivəsində Azərbaycan ərazisindən həyata keçirilib”.

“Sepahan Pasdaran” sonda Azərbaycanı təhdid etməkdən də çəkinməyib. Teleqram kanalı yazıb: “Növbəti müharibədə İranın Azərbaycandan cəmi bir addımlıqda yerləşən hədəflərə zərbə endirməsi qaçılmaz olacaq”.

P.S. SEPAH-ın belə sərsəm yanaşmaları az olmayıb. Azərbaycana qarşı açıq düşmənçilik edən bu hərbi birlik, mümkün qədər bəhanələr uydurub, təxribat törətməyə çalışır. İsraillə bacara bilməyən, bir gündə komandanlığının böyük əksəriyyətini itirən bu qruplaşma öz uğursuzluqlarını Bakının üzərinə atmağa çalışır.

Fərda Uğur

Seçilən
39
50
tribunainfo.az

10Mənbələr