AZ

İsrailin bu hücumlarına Putin icazə verdi - MOSSAD

Rusiya Prezidenti Vladimir Putin Əsəd rejimi dövründə İran rejiminin Livan Hizbullahına silah ötürməsinə qarşı Suriyaya hava zərbələri endirilməsinə şəxsən icazə verib.

Hurriyyet.az xəbər verir ki, bu barədə İsrail kəşfiyyat xidməti MOSSAD-ın keçmiş rəhbəri Yossi Kohen yeni yazdığı kitabında bildirib.

Kohenin sözlərinə görə, o, Moskvaya səfəri zamanı Putinə Livandan Hizbullaha göndərilən silahların qarşısını almağın zəruriliyini izah edib. Putin İsrailin arqumentlərini qəbul edib və gələcək anlaşılmazlıqların qarşısını almaq üçün Rusiya ilə İsrail orduları arasında birbaşa əlaqə kanalı yaradılmasını təklif edib.

Qeyd edək ki, Suriyada vətəndaş müharibəsinin başladığı 2011-ci ildən bəri İsrail SEPAH-ın Livan Hizbullahı və digər müttəfiq qruplara qabaqcıl silahlar göndərməsinin qarşısını almaq üçün bu ölkədə yüzlərlə hava hücumu həyata keçirib.

Seçilən
0
3
hurriyyet.az

10Mənbələr