AZ

ABŞ tarixində ilk: Senatda Fələstinin tanınması ilə bağlı qətnamə təqdim olundu

ABŞ Senatında ilk dəfə olaraq Fələstinin tanınmasına dair qətnamə irəli sürülüb. 

Olaylar.az xəbər verir ki, qətnaməni bir qrup demokrat senator təqdim edib və sənəddə prezident Donald Trampın rəsmi şəkildə Fələstin dövlətini tanıması tələb olunur.

Sənədin mətnində qeyd olunur: "Biz prezidentdən Fələstini beynəlxalq hüquqa və iki dövlətli həll prinsipinə uyğun olaraq demilitarizə olunmuş dövlət kimi tanımasını tələb edirik."

Lakin müşahidəçilər bildirirlər ki, Konqresdə respublikaçıların üstünlük təşkil etməsi bu qətnamənin qəbul edilmə şanslarını minimuma endirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
1
olaylar.az

2Mənbələr