AZ

Telman İsmayılovun eks-mühafizəçisinə hökm oxunub

Moskva hərbi məhkəməsi azərbaycanlı biznesmen Telman İsmayılovun keçmiş mühafizəçisi olmuş Tərxan Eldukayevin işi üzrə hökm çıxarıb.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, T.Eldukayev 1996-cı ilin dekabrında Qurmuşov qardaşlarının öldürülməsinin təşkilində təqsirli bilinib və 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Eldukayevin vəkili Ruslan Zakalyujnıy hökmü həddindən artıq sərt və ədalətsiz adlandırıb. 

İşin materiallarına əsasən, 29 il əvvəl Moskvada naməlum şəxs iş adamı Tair Qurmuşovu qətlə yetirib, qardaşı Telman Qurmuşovu isə ağır yaralayıb. 

İstintaq cinayətdə Tərxan Eldukayevin iştirak etdiyini, qətlin sifarişçisinin isə Telman İsmayılov olduğunu bildirib. 

Xatırladaq ki, İnterpol xətti ilə axtarışa verilən Telman İsmayılov 2021-ci ildə Monteneqroda saxlanılmışdı. Həmin ildə adıçəkilən ölkədən siyasi sığınacaq alandan sonra istintaq təcridxanasından sərbəst buraxılmışdı. 

"Cebheinfo.az" 

Seçilən
17
5
cebheinfo.az

6Mənbələr