AZ

Özbəkistan və Əfqanıstan Kabildə birgə müəsissə yaratdı

BAKI, 19 sentyabr. TELEQRAF

Özbəkistan səfirliyinin dəstəyi ilə Kabildə Əfqanıstanın “Khan Daqiq Trading” şirkəti və Özbəkistanın “Sogdiana Trans” MMC ilə birgə müəssisə yaradılıb.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan KİV məlumat yayıb.

Müəssisənin açılış mərasimindəki çıxışında “Khan Daqiq Trading”in rəhbəri Həmid Xan bildirib ki, Kabil-Məzari-Şərif-Kabil marşrutu üzrə yük maşınları, Məzari-Şərifdən isə dəmir yolu ilə ildə Özbəkistan, Qazaxıstan, Belarus, Rusiya və Baltikyanı ölkələrdən 150 min ton yük idxal etmək mümkündür.

“Sogdiana Trans” şirkətinin logistika və marketinq şöbəsinin və birgə müəssisənin rəhbəri Əziz Abdullayev isə deyib ki, şirkət Cənubi Asiya ölkələrindən məhsulların MDB və Baltikyanı ölkələrə çatdırılması və geri qaytarılması üçün əlverişli logistik şərait yaradacaq.

Səfir Oybek Usmanov qeyd edib ki, birgə müəssisə Özbəkistan və Əfqanıstan arasında nəqliyyat, logistika, ticarət, sənaye və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir.

Seçilən
45
teleqraf.com

1Mənbələr