AZ

Ukrayna gündə 1000 drondan istifadə edəcək - Nazir

Ukrayna tezliklə Rusiyanın hücumlarından müdafiə üçün gündə ən azı 1000 pilotsuz uçan aparatdan istifadə gücünə nail olacaq.

Modern.az xəbər verir ki, bunu müdafiə naziri Denis Şmıxal bəyan edib.

O, Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamışla keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiya artıq gündə 800 drondan istifadə edir. Ona görə də Ukraynanın gündə ən azı 1000-I keçən pilotsuz təyyarəsi olmalıdır.

"Bu səviyyə əldə olunacaq. İndiki səviyyəni deyə bilmərəm, lakin yaxın vaxtlarda buna nail olunacaq", - nazir qeyd edib.

Denis Şmıxal əmin edib ki, dron istehsalı problem deyil. O qeyd edib ki, çətinlik yerüstü idarəetmə sistemlərinin, radarların və rəhbərlik üçün süni intellektdən istifadə edən digər elementlərin mövcudluğundadır.

Seçilən
26
1
modern.az

2Mənbələr